Polşada 20-dən çox ukraynalı həbs edildi


Polşada tütün məmulatlarının qanunsuz istehsalı ilə məşğul olan mütəşəkkil cinayətkar qruplaşmada iştirakda şübhəli bilinən 21 Ukrayna vətəndaşı həbs edilib.


AFN.az "RBK Ukrayna"ya istinadən xəbər verir ki, onların hamısı qanunsuz siqaret istehsalı ilə bağlı saxlanılıb.

Svidnitse rayon prokurorluğu iyirmi bir nəfərin qanunsuz siqaret istehsalı ilə məşğul olan Valbrzyçdəki sexdə polis tərəfindən saxlanıldığını bildirib.

"Xüsusən, sexdə siqaret istehsalı üçün nəzərdə tutulmuş maşınlar, xeyli miqdarda tütün yarpağı və çoxlu sayda aksiz markası olmayan satışa hazır qutular aşkar edilib", - deyə prokurorluğun məlumatında bildirilir.

Saxlanılan şəxslərə, o cümlədən, tütün məmulatlarının qanunsuz istehsalı ilə məşğul olan mütəşəkkil cinayətkar dəstədə iştirakda ittiham irəli sürülüb.

Prokurorluğun tələbi ilə Valbrzyç rayon məhkəməsi 21 şübhəlini üç ay müddətinə həbs edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu