ABŞ-da Boeing 737-də havaya qalxan zaman mühərrik korpusu qopub - VİDEO
Amerikanın "Southwest Airlines" aviaşirkətinə məxsus Boeing 737-800 təyyarəsinin sağ mühərrik korpusu havaya qalxarkən dağılıb.
Bu barədə aprelin 8-də Financial Times məlumat yayıb.
Hadisə aprelin 7-də Denver Beynəlxalq Hava Limanında baş verib.
ABŞ Federal Aviasiya Administrasiyası hadisənin araşdırıldığını açıqlayıb.