Boeing-dən 737 Max açıqlaması


Amerikalı təyyarə istehsalçısı Boeing, 737 Max 7 tipli təyyarə üçün uzunmüddətli bir həll hazırladıqlarını, geniş sınaqdan və Federal Aviasiya Administrasiyasının nəzərdən keçirəcəyini açıqlayıb.



Bu barədə “The Seattle Times” xəbər verib.

4 dekabr 2023-cü ildə Boeing FAA-dan 737 Max 7-ni 2026-cı ilə qədər mühərrik girişləri və buzlanma əleyhinə sistemlə bağlı təhlükəsizlik standartlarından azad etməyi tələb edib.

2023-cü ilin avqustunda FAA Boeing Max 8 və Max 9 tipli təyyarələrdən istifadə edən pilotlara xəbərdarlıq edib ki, quru havada uçarkən buzlanma əleyhinə sistemin istifadəsini beş dəqiqə ilə məhdudlaşdırsınlar.

FAA bildirmişdi ki, əks halda mühərriklərin ətrafındakı girişlər çox qıza bilər və hissələri qırılaraq təyyarəyə zərər verə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu