Zukerberq "DeepMind"in tədqiqatçılarına "Meta"da iş təklif edib
"Meta"nın təsisçisi və baş icraçı direktoru Mark Zukerberqin "Google"un süni intellekt şirkəti "DeepMind"də çalışan tədqiqatçılara iş təklif edən şəxsi elektron məktublar göndərdiyi iddia edilir.
Sözügedən elektron məktubları görən 2 nəfərə istinadən "The Information" saytında yer alan xəbərə görə, Zukerberq "DeepMind" tədqiqatçılarına şəxsi e-poçt göndərərək, "Meta"nın süni intellekt texnologiyalarına verdiyi əhəmiyyəti izah edib və onlara öz şirkətində iş təklif edib.
Xəbərdə həmçinin "Meta"nın ilkin müsahibə olmadan süni intellekt tədqiqatçılarına iş təklifi verdiyi və fərqli şirkətlərdən təklif alan işçilərin maaşlarını artırmamaq siyasətini yumşaltdığı da iddia edilib.
Yanvar ayında "The Verge" xəbər saytına danışan Zukerberq, "Meta"nın süni intellekt inkişaf etdirmə qabiliyyətinin rəqiblərini üstələdiyini və süni intellekt modelləri üçün istifadə edilən 340 min çipin 2024-cü ilin sonuna qədər ABŞ-da yerləşən "Nvidia" şirkətindən təhvil veriləcəyini bildirmişdi.
Zukerberq "Meta"nın 2023-cü il investorlar toplantısında şirkətin 2024-cü il investisiyalarının ən böyük məxrəcinin süni intellekt sahəsində olacağını açıqlayıb.