İlham Əliyev Türkiyəyə getdi
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 18-də Türkiyəyə rəsmi səfərə gəlib.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ankaranın Esenboğa hava limanında dövlət başçısını və xanımı Mehriban Əliyevanı Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və digər rəsmi şəxslər qarşılayıblar.