Karlos Vinisius "Qalatasaray" yolunda


Qış transfer müddətinin sonuna yaxınlaşdıqca "Qalatasaray"da işlər sürətlə davam edir. Sarı-qırmızılılar sağ və sol cinah müdafiəsi axtarışlarını davam etdirərkən, Bakambunun gedişindən sonra forvard mövqeyini möhkəmləndirməyə cəhdlər etməyə başladılar.



Bir müddətdir Afrika Millətlər Kubokunda mübarizə aparan Bakambu dünən axşam saatlarında La Liqa komandalarından olan "Real Betis"ə transfer olunub.

Mövsümün əvvəlində təmənnasız olaraq heyətə qoşulan təcrübəli hücumçu 5 milyon avroluq transfer haqqı ilə İspaniya komandasına transfer olunub.

"Qalatasaray" Bakambunu "Fulhem"in braziliyalı mərkəz hücumçusu Karlos Vinisiusla əvəzləməyə hazırlaşır.

"Fulhem" bu mövsüm 13 matçın yalnız 2-nə start 11-də çıxan braziliyalı hücumçu üçün 2,5 milyon avro transfer haqqı tələb edir.

Tərəflər arasında danışıqlar davam edərkən, sarı-qırmızılı komanda daha aşağı transfer haqqı ilə transferi tamamlamağı hədəfləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu