ABŞ Qvatemalanın keçmiş prezidentinin ölkəyə girişini qadağan etdi

ABŞ Dövlət Departamenti korrupsiyada ittiham etdiyi Qvatemalanın keçmiş prezidenti Alejandro Giammatteinin səlahiyyət müddəti başa çatdıqdan üç gün sonra ABŞ-a girişini qadağan edib.
Nazirlik ABŞ prezidenti Co Bayden administrasiyasının tənqid mərkəzində olan Giammattei ilə bağlı sürpriz qərar verib.
Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Dövlət Departamenti Giammatteinin Qvatemala prezidenti olduğu müddətdə dövlət vəzifələrini yerinə yetirmək müqabilində rüşvət alması və qanunun aliliyinə və hökumətin şəffaflığına xələl gətirən hərəkətlərə yol verilməsinə dair etibarlı məlumatlara malikdir.
Giammatteinin ABŞ-a girişinə qadağa qoyulduğu bildirilən bəyanatda ABŞ-ın Qvatemala və Qərb yarımkürəsində şəffaflığı və idarəçiliyi gücləndirməkdə qərarlı olduğu və bunu pozanları məsuliyyətə cəlb etmək üçün bütün vasitələrdən istifadə edəcəyi vurğulanıb.
Qeyd edək ki, Birləşmiş Ştatlar Qvatemalanın yüzlərlə məmuru və vətəndaşına qarşı ölkə demokratiyasına zərbə vurmaqda ittiham olunan sanksiya tətbiq edib.