Dövlət Departamenti: Türkiyə ilə Zəngəzur dəhlizi barədə müzakirələr aparılır


ABŞ Dövlət Departamenti Türkiyə prezidenti Rəcəb Ərdoğanın Naxçıvana səfəri və Zəngəzur dəhlizi ilə bağlı müzakirələrə münasibət bildirib.


Departamentinin sözçüsü Metyu Miller qeyd edib ki, ABŞ bu məsələdə Türkiyə hökuməti ilə işləyir: "Bu, katib Blinkenin ötən cümə günü Nyu-Yorkda keçirdiyi görüşdə türkiyəli həmkarı ilə müzakirə etdiyi məsələlərdən biri idi. Biz ümidliyik ki, bütün müttəfiqlərimiz və tərəfdaşlarımız davamlı razılaşmanın əldə edilməsində konstruktiv rol oynaya bilər, o cümlədən, əlbəttə ki, Türkiyə. Amma konkret təkliflə bağlı heç bir şərhim yoxdur".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu