Metyu Miller: "Çin Yaxın Şərqdə konstruktiv rol oynasa, məmnun olarıq"


ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller, Çinin Yaxın Şərqdə konstruktiv rol oynamasından şad olacaqlarını bildirib.



Mətbuat konfransında Miller Çinin xarici işlər naziri Vanq Yinin Fələstin, Səudiyyə Ərəbistanı, İndoneziya, Misir və İordaniya xarici işlər nazirləri ilə Pekində keçirdiyi görüşlə bağlı jurnalistin sualını cavablandırıb.

Miller qeyd edib ki, Blinken Yaxın Şərqə ilk səfəri zamanı Vanq Yiyə zəng vurub və deyib ki, əgər mövcud kommunikasiya kanallarından istifadə edərək region ölkələri ilə münaqişənin yayılmasının qarşısını almaq üçün edə biləcəkləri bir şey olarsa, onlar bunu yüksək qiymətləndirəcək.

Yaxın Şərqdəki tərəfdaşlarının “ABŞ-ın bölgədəki liderliyini heç nə əvəz edə bilməz” qiymətləndirmələrini də eşitdiklərini vurğulayan Miller, San Fransiskoda keçiriləcək APEC Sammitindən əvvəl Blinken və Vangın paytaxt Vaşinqtonda çox məhsuldar görüş keçirdiklərini vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu