Rusiya 227 ABŞ rəsmisinin ölkəyə girişinə qadağa qoyub


Rusiya Xarici İşlər Nazirliyi 227 ABŞ rəsmisinin Rusiyaya girişinə qadağa qoyulduğunu açıqlayıb.


Nazirlikdən verilən açıqlamada ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını davamlı olaraq genişləndirdiyi bildirilib.

Qeyd edilib ki, 227 ABŞ rəsmisinin qarşılıq olaraq Rusiyaya girişinə qadağa qoyulub. Bu şəxslər arasında Rusiya əleyhinə fəaliyyət göstərən diplomatlar, iş adamları, jurnalistlər və akademiklər var.

Rusiyanın girişinə qadağa qoyduğu şəxslərin siyahısına ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller və ABŞ-ın Moskvadakı keçmiş səfiri Con Sallivan kimi adlar daxildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu