Britaniya "ekstremist yəhudi işğalçılarının" ölkəyə girişini qadağan edəcək
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ekstremist yəhudi işğalçılarının Fələstin vətəndaşlarını hədəf aldığını və onları öldürdüyünü bəyan edib və onların Böyük Britaniyaya girişinə qadağa qoyulacağını açıqlayıb.
Kemeron X hesabında yazdığı yazıda ekstremist yəhudi işğalçılarının fələstinli mülki vətəndaşları hədəf alması və öldürməsinin israillilər və fələstinlilər üçün təhlükəsizlik və sabitliyi təhlükə altına atdığını bildirib.
İsrailin bu hücumları dayandırmaq üçün lazımi addımları atması və günahkarları məsuliyyətə cəlb etməsi lazım olduğunu vurğulayan Kemeron, "Ölkəmiz bu dəhşətli hərəkətləri təşkil edənlərə ev sahibliyi etməməsi üçün məskunlaşanlara qarşı şiddət törədənlərin İngiltərəyə girişini qadağan edirik" - deyə qeyd edib.