İslandiyada püskürən vulkandan çıxan lava yaşayış məntəqələrinə çatıb


İslandiyanın Reykjanes yarımadasındakı Qrindavik şəhəri yaxınlığındakı vulkandan çıxan lava yaşayış məntəqələrinə çatıb.


İngiltərənin “The Guardian” qəzetinin yazdığına görə, Qrindavik qəsəbəsində baş verən zəlzələlər bölgədə iki çatın yaranmasına səbəb olub.

Çatlardan tullanaraq 100 metr hündürlüyə çatan lava Qrindavik şəhərini qorumaq üçün tikilmiş divarı yarıb.

Yaşayış məntəqələrinə çatan lavanın səbəb olduğu yanğında ən azı 3 evi alov bürüyüb.

İslandiya Prezidenti Qudni Th. Yohannesson bildirib ki, uzun müddət yatmış vulkanik sistem oyanıb və Reykjanes yarımadasında qorxunc bir qarışıqlıq dövrü başlayıb.

Geofizik Maqnus Tumi Qudmundsson püskürmələrin əhəmiyyətli dərəcədə azaldığını, lakin onların nə vaxt bitəcəyini söyləmək mümkün olmadığını bildirib.

İslandiya Meteorologiya İdarəsi (IMO) Qrindavik şəhərində baş verən zəlzələlərdən sonra dünən vulkanın püskürdüyünü və qəsəbə sakinlərinin təxliyə edildiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu