İslandiyada həftələrlə davam edən zəlzələlərdən sonra vulkan püskürüb
İslandiyanın cənub-şərqində, Reykjanes yarımadasında həftələrlə davam edən zəlzələlərdən sonra vulkan püskürüb. Partlayışın yerli vaxtla saat 22.17-də Qrindavik şəhərinin şimalında başladığı açıqlanıb.
"BBC"nin verdiyi məlumatda qeyd edilir ki, əvvəllər də baş vermiş analoji səbəbdən təxminən 4 min insan Grindavik balıqçı qəsəbəsindən təxliyə edilmiş və şəhər yaxınlığındakı geotermal spa (Mavi Göl) bağlanmışdı.
Grindavik İslandiyanın paytaxtı Reykyavikdən cəmi 42 kilometr məsafədədir.
Qeyd edək ki, Reykyavik ətrafında oktyabrın sonundan bəri çoxlu zəlzələlər baş verib.