Danimarka və ABŞ müdafiə razılaşması əldə ediblər


Danimarka və Birləşmiş Ştatlar Amerika əsgərləri və hərbi texnikasının Danimarka torpaqlarında yerləşdirilməsinə icazə verəcək müdafiə razılaşması əldə ediblər.



Bu barədə Reuters Baş nazir Mette Frederiksenə istinadən məlumat yayıb.

Frederiksen mətbuat konfransında jurnalistlərə deyib ki, Amerika əsgərləri və texnikası daimi olaraq Danimarka torpaqlarında yerləşdirilə bilər.

Frederiksen, Danimarka və ABŞ-ın keçən fevralda danışıqlara başladığı müqavilənin bu həftənin sonunda imzalanacağını və lazımi qanunvericilik qəbul edildikdən təxminən bir il sonra qüvvəyə minəcəyini söyləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu