ABŞ Danimarka ilə müdafiə sazişinin imzalanma tarixini açıqlayıb


ABŞ və Danimarka bu həftə müdafiə sazişi imzalayacaq.



Bloomberg xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken sazişin imzalanma tarixi barədə danışıb.

"Bu ayın əvvəlində biz İsveçlə yeni müdafiə sazişi imzaladıq, bu həftənin sonunda Danimarka ilə də yeni müqavilə imzalayacağıq" deyə Blinken bildirib.

Onun sözlərinə görə, hazırda ABŞ-ın Avropanın şimalından cənubuna və Şimal dənizindən Qara dənizə qədər uzanan, bütün qitədəki insanlar üçün təhlükəsizlik və sabitliyi təmin edən müdafiə sahəsində əməkdaşlıq sazişləri şəbəkəsi var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu