CNN: "Hunter Baydenə qarşı yeni cinayət işi açılıb"
ABŞ Ədliyyə Nazirliyi ABŞ prezidenti Co Baydenin oğlu Hunter Baydenə qarşı yeni cinayət işi açıb.
Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
İttihamların mahiyyəti açıqlanmır. Qeyd olunur ki, xüsusi prokuror Devid Veys son həftələr ərzində Hunter Baydenin mümkün vergi qanunlarını pozması ilə bağlı sübutlar toplayır.