Qüdsdə terror: 6 nəfər yaralanıb, 1 nəfər ölüb

AFN.az xarici mediaya istinadən xəbər verir ki, terrorçular Amerikanın M-16 avtomatlarından istifadə edərək, Qüdsün girişinə yaxın Veizmann küçəsində avtobus dayanacağında dayanan insanlara atəş açıblar. Terror aktının baş verdiyi yer Qüdsün əsas nəqliyyat mərkəzlərindən biridir.
Təhlükəsizlik qüvvələrinin hücumu zamanı iki yaraqlı hadisə yerində güllələnib.
Qeyd olunur ki, hücum İsrail Müdafiə Qüvvələri (IDF) və Fələstin HƏMAS hərəkatının Qəzza zolağında atəşkəsi uzaddığının elanından bir saat sonra baş verib.