Prokuror Vaqif Xaçatryana cəza istəyəcək


Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən birinin – Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.



Musavat.com-un xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçrilən prosesdə polkovnik Azay Kərimov şahid qismində dindirilib. O, ifadəsində V.Xaçatryanı tanıdığını deyib: "Şuşa rayonunun Malıbəyli kəndindənəm, hərbçi olmuşam. Azərbaycana 20 Yanvar hadisələrindən sonra gəlmişəm. Ondan əvvəl Rusiyada yaşayırdım. Baş leytenant idim. Bizim kəndimiz Xankəndinə bitişik olub. Özüm könüllü milli orduya qoşulmuşam. Qarabağda yaşayan ermənilərin bir çoxu milli münaqişələr yaradırdılar. Köçəryan, Sarkisyan, Vitali Balasanyan Qarabağ ermənilərini qızışdırırdılar, mitinqlərə cəlb edirdilər. Bunlar əllərinə silah almayan erməniləri şantaj edir, qorxudurdular".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu