Misirdə yaşayış məntəqəsinə raket düşüb


Misirin Taba qəsəbəsində raketin düşməsi nəticəsində 5 nəfər yaralanıb.


Yerli mətbuatda yer alan xəbərlərə görə, raket Taba xəstəxanasının rəhbərliyinə ayrılmış iqamətgahı vurub.

Xəbərdə 5 nəfərin yaralandığı, hadisədə can itkisinin olmadığı barədə məlumatlar yer alıb.

Hadisə yerinə təhlükəsizlik qüvvələrinin göndərildiyi, raketin haradan atıldığının hələlik məlum olmadığı, hadisə ilə bağlı lazımi araşdırmalara başlanıldığı bildirilib.

Hadisə ilə bağlı Misir rəsmilərindən hələlik heç bir rəsmi açıqlama yoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu