Yaponiyanın Sakit okean sahilləri üçün sunami xəbərdarlığı


Yaponiyanın paytaxtı Tokionun şərqində yerləşən Çiba prefekturası da daxil olmaqla Sakit okean sahillərindəki rayonlar üçün sunami xəbərdarlığı edilib.



Yaponiya Meteorologiya Agentliyi (JMA) səhər saatlarında baş verən naməlum maqnitudalı zəlzələdən sonra Sakit Okean sahillərinə xəbərdarlıq edib.

Buna uyğun olaraq Tokionun şərqindəki Çibanın 12 rayonu, Oqasavara adaları, İzu adaları, Koçi və Miyazaki prefekturaları üçün sunami xəbərdarlığı edilib.

Müxtəlif hündürlükdə dalğaların sahilyanı əraziləri bir neçə dəfə vura biləcəyi xəbərdarlığında yerli əhalidən çimərliklərdən və çayların mənsəblərindən uzaq durmaları istənilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu