Cənubi Koreya qeyri-qanuni yollarla ölkəyə daxil olmağa çalışan 22 Çin vətəndaşını saxlayıb


Cənubi Koreya Sahil Mühafizəsi qayıqla gələrək ölkəyə qeyri-qanuni yollarla daxil olmaq istəyən 22 Çin vətəndaşını saxlayıb.


40 yaşlarında Çin vətəndaşlarından ibarət qrup, onları daşıyan qayıq paytaxt Seuldan 140 kilometr cənubda, Boryeong bölgəsindəki limana yaxınlaşdıqdan sonra qayıqdan atılaraq qaçmağa çalışıb.

Hərbi səlahiyyətlilərin qayığın Boryeonq sahilinə yaxınlaşması barədə məlumat verməsindən sonra Sahil Mühafizəsi əməkdaşlarının hadisə yerinə gəldiyi bildirilib.

Çin vətəndaşlarından 21-i xilasedici jilet geyinərək sahilə doğru üzdükdən sonra liman yaxınlığında yaxalanarkən, onlardan biri hadisə yerindən qaçıb.

Daha sonra polis qaçan şəxsi Seuldan 29 kilometr cənubda Ansanda yaxalayaraq Sahil Mühafizəsinə təhvil verib.

Bildirilib ki, Sahil Mühafizəsi də qaçan qayığı təqib edib, lakin qayıq yerli vaxtla saat 07.40 radələrində Cənubi Koreyanın ərazi sularını tərk edib.

Qayığın Çinin şərqindəki Veyhay liman şəhərindən gəldiyi təxmin edilsə də, Cənubi Koreya qayığı ələ keçirmək üçün Çin səlahiyyətlilərindən əməkdaşlıq istəyib.

Sahil təhlükəsizlik rəsmisi bildirib ki, ölkəyə qeyri-qanuni yollarla girməyə çalışan şəxslər və casusluq ehtimalı ilə bağlı araşdırmalar davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu