Moskvaya dron hücumunun qarşısı alınıb

Ukrayna 3 PUA ilə Moskvadakı obyektlərə hücum etməyə cəhd göstərib.
AFN.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hücum edən bütün PUA-lar məhv edilib. Onlardan biri Moskva şəhərində tikilməkdə olan bina ilə toqquşub, heç kim xəsarət almayıb.