Qəzaya düşən blogerin qolu amputasiya edildi - YENİLƏNİB (FOTO/VİDEO)


01:08 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Nərimanov rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub, briqadalar dərhal hadisə yerinə cəlb olunub.


ADN.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, hadisə nəticəsində xəsarət alan vətəndaş Şakirli Nicat (29 yaş) sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə, Rüstəmov Fəxri (23 yaş) sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar.

Hazırda onlara zəruri tibbi xidmət göstərilir.

Qəza nəticəsində həkimə qədər 1 ölüm qeydə alınıb.

****

Bakının Nərimanov rayonunda, Heydər Əliyev prospektində qəza baş verib.


AFN.az xəbər verir ki, "Nikosayağı" ləqəbi ilə tanınan bloger Nicat Şakirlinin idarə etdiyi "Porsche" avtomobili TIR-la toqquşub. Hadisə nəticəsində N.Şakirlinin özü və avtomobilomdə olan şəxslər yaralanıblar. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerindən video və fotoları təqdim edirik:

mibextid=Nif5oz]https://fb.watch/mqqB7BVY2u/?mibextid=Nif5oz






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu