Cənubi Afrikada silahlı hücumda 5 nəfər ölüb


Cənubi Afrika Respublikasında baş verən silahlı hücumda aralarında uşaqların da olduğu 5 nəfər ölüb.


Qərbi Keyp əyalətinin polis zabiti Reyqan Allen mətbuata verdiyi açıqlamada dünən gecə 5 nəfərin güllələndiyini bildirib.

Allen qeyd edib ki, Qərbi Keyp ştatının Paarl şəhərindəki evdə güllələnənlər arasında 12 və 14 yaşlı iki uşaq da var.

Hadisə ilə bağlı araşdırma başlatdıqlarını bildirən Allen hücumun nə üçün edildiyi ilə bağlı məlumat verməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu