Nigeriyada silahlı hücum: 23 nəfər öldürüldü


Qərbi Afrika ölkələrindən olan Nigeriyanın Kaduna əyalətində silahlı dəstə üzvlərinin həyata keçirdikləri hücumda 23 nəfərin həyatını itirdiyi bildirilib.



"Daily Trust"ın xəbərinə görə, silahlı dəstə üzvləri Kaduna əyalətinin Anquvar Danko və Kanava kəndlərində hücumlar həyata keçirib.

Kaduna Əyalət Məclisindəki Kakangi rayon nümayəndəsi Yahaya Musa Dan Salio verdiyi açıqlamada hücumda 23 nəfərin həyatını itirdiyini, 5 nəfərin isə yaralandığını bildirib.

Salio hücumda çoxlu adamın qaçırıldığını və bu insanların bir qisminin qaçmağı bacardığını bildirib.

Digər tərəfdən Katsina əyalətinin Malumfaşi bölgəsində silahlı şəxslərin motosikletlərlə həyata keçirdikləri hücumda aralarında uşaq və qadınların da olduğu 20 adam fidyə qarşılığında qaçırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu