Cənubi Afrikada qazdan zəhərlənmə nəticəsində 16 nəfər ölüb

Cənubi Afrika Respublikasında qanunsuz mədənçilərin yerləşdiyi qəsəbədə zəhərli qaz sızması nəticəsində 3-ü uşaq olmaqla 16 nəfər ölüb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Cənubi Afrika polisi Yohannesburqun şimalındakı Boksburq bölgəsində baş verib.
Açıqlamada qeyri-qanuni mədən işlərinin aparıldığı rayonda zəhərli qazdan həyatını itirənlər arasında 3 uşağın da olduğu qeyd edilib.
16 nəfərin ölümünə səbəb olan zəhərli qazın ammonium nitrat olduğu açıqlanıb.