Ukrayna: Müharibə tezliklə tamamilə Rusiya ərazisinə keçəcək
![](/uploads/posts/2023-08/1690891621_ukrus2.jpg)
Ukrayna prezidenti aparatının müşaviri Mixail Podolyak bildirib ki, tezliklə müharibə tamamilə Rusiya ərazisinə keçəcək.
Podolyak sosial media hesabında Moskvaya edilən dron hücumlarını dəyərləndirib: "Moskva sürətlə tammiqyaslı müharibəyə alışır və bu müharibə tezliklə tamamilə müharibə müəlliflərinin ərazisinə keçəcək və bütün borcları onlardan alacaq. Rusiyada bundan sonra baş verəcək hər şey bir müharibədir. Daha çox naməlum PUA-lar, daha çox çöküşlər, daha çox daxili qarşıdurmalar, daha çox müharibələr olacaq".
Rusiya Müdafiə Nazirliyinin açıqlamasında Kiyevin ötən gecə PUA-larla paytaxt Moskva və Moskva vilayətində həyata keçirdiyi terror aktının qarşısı alındığı bildirilib.
Moskva vilayətinin Odintsovo və Narofomonisk rayonları üzərində 2 Ukrayna PUA-sının Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən havada vurulduğu ifadə edilən açıqlamada, bir PUA da elektron döyüş sistemi tərəfindən təsirsiz hala salınıb və itkin düşən aparatın Moskvada "Moskva Siti" biznes mərkəzinə düşdüyü bildirilib.