Putin: "Ordu və xalq üsyançıların tərəfində olmadı"


Rusiya prezidenti Vladimir Putin Kremldəki çıxışında “Ordu və xalq üsyançıların tərəfində olmadı” sözlərini deyib.


Putin meydana toplaşanları qiyam zamanı həyatını itirən hərbi pilotların xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırıb.

Putinin yanında Rusiyanın müdafiə naziri Şoyqu da olub.

Putinin bəyanatlarından diqqət çəkən məqamlar belədir:

- Ordu və xalq üsyançıların tərəfində olmadı.

- Biz üsyanı yatırmaq üçün Ukraynada döyüşən qoşunları geri çəkməyə ehtiyac hiss etmədik.

Mənbə: Reuters



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu