Belarusda "Vaqner"çilərin yerləşdirilməsi üçün düşərgələr yaradılır


Belarusda "Vaqner" özəl hərbi şirkətinin (PMC) döyüşçülərinin yerləşəcəyi düşərgələr yaratmağa başlayıblar.


AFN.az-ın xəbərinə görə, bu barədə “Layout” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, tikinti ölkənin Mogilev vilayətində, Ukrayna ilə sərhəddən 200 kilometr aralıda aparılır. Bir bir neçə belə düşərgə olacağı bildirilir.

Mənbənin sözlərinə görə, Osipoviç şəhərindəki düşərgə 24 min kvadratmetr ərazini tutacaq və səkkiz min döyüşçü üçün nəzərdə tutulacaq.

Xəbərdə deyilir ki, məlumatı Mogilyov vilayətinin rəhbərliyinə yaxın həmsöhbət, həmçinin Vaqner PMC üzvlərinin qohumları da təsdiqləyiblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu