Səfərbərlik Xidmətinin rəisinə yeni müavin təyin edilib


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinə yeni müavin təyin edilib.


Bu barədə Dövlət Xidmətindən məlumat verilib.

Azərbaycan Respublikası Prezidentinin 20 may 2023-cü il tarixli Sərəncamına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-leytenant Zaur Qasım oğlu Abdullayev tutduğu vəzifədən azad edilib.

Azərbaycan Respublikasının Prezidentinin digər Sərəncamı ilə Azər Aydın oğlu Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsinə təyin olunub.

A.Məmmədov uzun müddət daxili işlər orqanlarında müxtəlif rəhbər vəzifələrdə xidmət keçib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu