Bulvarda atraksionları söküb kafe və restoran tikdilər - VİDEO


Dənizkənarı Bulvarın ərazisində fəaliyyət göstərən çox sayda atraksion yığışdırılıb. Onların yerində indi kafe və restoranlar yerləşir.


AFN.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bir neçə il əvvəl ərazidə 40-a yaxın atraksion olub.

Məsələyə münasibət bildirən Dənizkənarı Bulvar İdarəsindən qeyd edib ki, ərazidən çıxarılan atraksionlar başqa ərazidə quraşdırılacaq. Ancaq çəkiliş zamanı bununla bağlı hər hansı hazırlıq işlərinin görülməsi müşahidə olunmayıb.

Məsələ ilə bağlı "Xəzər Xəbər"in sorğusuna cavab verən Dənizkənarı Bulvar İdarəsi sədrinin müşaviri Könül İmamverdiyeva bildirib ki, həmin atraksionların istismar müddəti bitdiyi üçün sökülüb.

"Yaxın gələcəkdə bulvar ərazisində yeni atraksionların quraşdırılması gözlənilir. Hazırda yeni atraksionların quraşdırılması ilə bağlı investorlarla danışıqlar aparılır"- deyə o vurğulayıb.

Daha ətraflı videomaterialda:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu