Ağcaqanadlarla bağlı qorxulu araşdırma!
Ağcaqanadların ağız suyu müxtəlif xəstəlikləri daha yoluxucu edə bilər və insan immunitetini denge qızdırması xəstəliyinə qarşı həssas edir.
AFN.az xəbər verir ki, "PLOS Pathogens" jurnalında dərc olunan araşdırmada mütəxəssislər denge qızdırması virusunu daşıyan "Aedes aegypti" ağcaqanadlarının tüpürcəklərini araşdırıblar. Tədqiqatçılar, immuniteti aşağı sala bilən "sfRNA"nın molekulyar tərkibini aşkar etdikləri ağcaqanad tüpürcəyinin orqanizmi dang qızdırmasına qarşı həssas qoyaraq xəstəliyin ötürülməsini asanlaşdıra biləcəyini müəyyən ediblər.
ABŞ-ın Virciniya Universitetinin Mikrobiologiya, İmmunologiya və Xərçəng Biologiyası Departamentinin rəhbəri Mariano Garcia-Blanko qeyd edir ki, bu tip viruslar çox ağıllıdır, orqanizmimizin müdafiə sistemini boğaraq, infeksiyanın bədəndə tutulmasına imkan verir.
Araşdırma nəticələrinin denge qızdırması virusunun bulaşma mənbəyinə işıq tutduğunu vurğulayan Qarsiya-Blanko bu yolla xəstəliklərin yayılmasının qarşısının alınması istiqamətində tədbirlərin artacağını qeyd edib.
Mütəxəssislər xəstəliyin yoluxmasını azaltmağa və onun yayılmasına nəzarət etməyə kömək etmək üçün yeni yollar axtardıqca, hazırda denge xəstəliyinə tutulmamağın ən yaxşı yolu sancılmamaqdır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il təxminən 400 milyon insan denge qızdırmasına tutulur.
Denge virusu insan orqanizminə düşür və inkubasiya dövründən sonra ümumiyyətlə yüngül hərarətə səbəb olan xəstəlik bəzi hallarda ölümlə nəticələnə bilər. Alimlər xəbərdarlıq edirlər ki, yüksək temperatur və uzun sürən yağışlar malyariya və denge qızdırması daşıyan ağcaqanadların artmasına səbəb olur. Xəstəliyə səbəb olan ağcaqanad növləri su gölməçələrində sürfələr əmələ gətirdiyi üçün xüsusilə sənaye mühitlərindəki zibil gölməçələrinə davamlı olaraq dərman püskürtülməsi lazımdır.