Hindistan Boeing təyyarələrində yanacaq yoxlanışı başlatdı

Hindistanda ötən ay baş vermiş təyyarə qəzasına dair hazırlanan ilkin istintaq hesabatında hava gəmisinin hər iki mühərrikinə gedən yanacaq axınının kəsildiyi müəyyən edildikdən sonra, bütün Boeing 787 və 737 tipli təyyarələrin yanacaq açarlarının yoxlanılması barədə qərar verilib.
India Today xəbər verir ki, Hindistanın Mülki Aviasiya Baş İdarəsi (DGCA) 12 iyunda baş verən aviaqəzaya dair ilkin hesabatda yer alan tapıntılardan sonra hərəkətə keçib.
DGCA ölkə ərazisindəki bütün Boeing 787 və 737 tipli təyyarələrdə yanacaq açarlarının 21 iyula qədər yoxlanılması barədə göstəriş verib.
Qəzaya dair ictimaiyyətə açıqlanan ilkin hesabatda bildirilir ki, qəzaya uğrayan təyyarənin hər iki mühərrikinə gedən yanacaq axını qalxışdan saniyələr sonra kəsilib. Bu vəziyyət hər iki mühərrikin dayanmasına və təyyarənin itələmə gücünü itirməsinə səbəb olub.