Ukrayna 2026-cı ildə AB rominq zonasına daxil olacaq

Avropa Birliyi (AB) ölkələri Ukraynanı 2026-cı ilin əvvəlindən başlayaraq Birlik üzrə tətbiq olunan və mobil operatorların başqa üzv ölkələrin abonentlərindən rominq haqqı almadığı zonaya daxil etməyə qərar verib.
AB Komissiyası AB Şurasında Ukraynanın 1 yanvar 2026-cı ildən AB rominq sahəsinə daxil edilməsi ilə bağlı qayda təklifinin qəbul olunduğunu açıqlayıb.
Açıqlamada bildirilir ki, Ukraynanın AB rominq zonasında olması ilə 27 AB ölkəsində Ukrayna telefon nömrələrindən əlavə ödənişsiz zəng etmək, mesaj göndərmək və mobil internetdən istifadə etmək mümkün olacaq. Eyni hüquqlar Ukraynada olan Avropa vətəndaşlarına da veriləcək.
Qeyd edək ki, AB-də mobil operatorların abonentlərdən rominq haqqı almamasını təmin edən qayda 2017-ci ildə qüvvəyə minib.