ÜST: "2023-cü ildə 5,5 milyondan çox dang qızdırması aşkarlanıb"


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tropik xəstəliklər bölməsinin direktoru Raman Velayudhan bildirib ki, 2023-cü ildə dünyada 5,5 milyondan çox dang qızdırması aşkarlanıb və bu xəstəlikdən 5 min nəfər ölüb.



Velayudhan Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin həftəlik mətbuat konfransında dang qızdırmasının qlobal vəziyyəti ilə bağlı qiymətləndirmələr edib.

Dang qızdırmasının əsas daşıyıcısı olan və yayılma sahələri genişlənən ağcaqanadların ətraf mühitin dəyişməsi və iqlim şəraitinin təsiri ilə Aralıq dənizi regionunda daha çox ölkə, Cənubi Amerika ölkələri və Afrikanın bəzi bölgələrinə yayıldığını bildirilib.

Velayudhan 2023-cü ildə Amerika qitəsində 4,5 milyon dang qızdırması hadisəsinin bildirildiyini və bunun bir ildə eyni qitədə görülən ən yüksək rəqəm olduğunu vurğulayıb.

Braziliyada bildirilən halların Amerika qitəsində görülən dang qızdırması hadisələrinin yüzdə 68-ni təşkil etdiyini qeyd edən Velayudhan, 2024-cü ilin yanvar ayında Amerika qitələrində 373 min 709 dang qızdırması hadisəsinin bildirildiyinə diqqət çəkib.

"Ölkələr, tərəfdaşlar və icmalar dang xəstəliyi ilə mübarizə aparmaq üçün birlikdə işləməli və ayıq-sayıq olmalı və tropiklərdə dang və digər ağcaqanadlarla ötürülən xəstəliklərin ötürülməsini aşkar etməyə hazır olmalıdırlar" deyə Velayudhan vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu