ABŞ NATO ilə razılaşdı: Kiyevə göndəriləcək silahlar hazırdır


Vaşinqton və NATO arasında yeni razılaşmaya əsasən, sonradan Kiyevə təhvil verilməsi üçün müttəfiq ölkələrinə göndərilməli olan bütün Amerika silahları artıq göndərilməyə hazırdır.



AFN.az xəbər verir ki, bu barədə “The New York Times” yazıb.



Nəşrin yazdığına görə, bu vəziyyət o deməkdir ki, bu silahlar ya hərbi ehtiyatlardan göndərilir, ya da yeni istehsal edilən partiyadan ayrılacaq.



Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp iyulun 14-də bəyan edib ki, əgər Avropa bu cür tədarükləri ödəyəcəksə, Vaşinqton Kiyevə silah və hərbi texnika ötürməkdə davam edəcək. NATO bu prosesi koordinasiya edəcək. O, həmçinin bildirib ki, Moskva və Vaşinqton 50 gün ərzində Ukraynada nizamlanma ilə bağlı razılığa gəlməsə, ABŞ Rusiya və onun ticarət tərəfdaşlarına təxminən 100% idxal rüsumları tətbiq edəcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu