Malta Rusiyaya qarşı 18-ci sanksiyalar paketini dəstəkləyə bilər

Malta Avropa İttifaqının Rusiyaya qarşı 18-ci sanksiyalar paketini dəstəkləmək üçün mövqeyini dəyişə bilər və bu, paketə razılıq verilməsinə imkan yarada bilər.
AFN.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Politico” nəşri məlumat yayıb.
ABŞ-da keçirilən Avropa İttifaqı Daimi Nümayəndələr Komitəsinin iclasında Malta nümayəndələri Avropa Komissiyasının təklif etdiyi, Rusiya neftinin ixracına tətbiq ediləcək qiymət üst həddinin bazar qiymətindən 15% aşağı səviyyədə, üç aylıq orta göstəriciyə əsaslanaraq müəyyənləşdirilməsi təklifinə etirazlarını bildiriblər.
“Politico”nun məlumatına görə, Maltanın nümayəndəsi bu məsələ ilə bağlı ölkə lideri ilə əlaqə qura bilmədiyi üçün qərar qəbul edə bilməyib. Anonim Avropa diplomatının sözlərinə görə, ümid edilir ki, Malta digər üzv ölkələrlə birgə qərara qoşulacaq və sanksiyalar paketinin çərşənbə axşamı təsdiqlənməsi mümkün olacaq.
Qeyd edək ki, Avropa Komissiyası may ayında 18-ci sanksiyalar paketində Rusiya neftinin qiymət üst həddini barelə görə 60 dollardan 45 dollara endirməyi vəd etmişdi. Lakin Slovakiya və Macarıstan buna qarşı çıxmış, Estoniya isə qiymət həddi azaldılmasa, paketi bloklamaqla hədələmişdi. ABŞ isə hələ bu tədbiri Yeddi Qrup (G7) çərçivəsində dəstəkləyib-dəstəkləməyəcəyini açıqlamayıb.