Aİ uşaqlar üçün rəqəmsal yaş yoxlamasını sınaqdan keçirir

Fransa da daxil olmaqla bəzi Avropa İttifaqı (Aİ) ölkələri uşaqları onlayn mühitin zərərli məzmunlarından qorumaq məqsədilə yeni yaş yoxlama sistemini tətbiq etməyi planlaşdırır.
Avropa Komissiyası uşaqların və gənclərin onlayn mühiti təhlükəsiz şəkildə və hüquqları qorunaraq təcrübə edə bilməsi üçün apardığı işlər çərçivəsində bəzi üzv ölkələrdə yeni bir tətbiqin həyata keçiriləcəyini açıqlayıb.
Komissiyanın yaydığı mətbuat məlumatında internet istifadəçilərinin yaşını yoxlamaqla uşaqların zərərli məzmunlara çıxışını məhdudlaşdırmağı hədəfləyən yeni sistemin ilkin olaraq Fransa, Danimarka, Yunanıstan, İspaniya və İtaliyada sınaqdan keçiriləcəyi bildirilib.
Açıqlamada qeyd olunub ki, yeni sistem istifadəçilərə öz yaşlarını və şəxsiyyət məlumatlarını paylaşmadan 18 yaşdan yuxarı olduqlarını sübut etmək imkanı verəcək və platformaların istifadəçilərin baxdığı məzmunları izləməsinin qarşısını alacaq.
Bu sistemin xüsusilə böyüklər üçün nəzərdə tutulan və uşaqlar üçün yüksək risk daşıyan platformalarda istifadəsinin məcburi olacağı və ölkələrin öz şərtlərinə uyğunlaşdırıla biləcəyi qeyd olunub.