AB üz skan edən sərhəd nəzarət sistemini yenidən təxirə saldı
Avropa İttifaqı Aİ hüdudlarından kənarda vətəndaşlar üçün sərhəd qapılarında barmaq izi və üz skan sisteminin tətbiqini növbəti dəfə təxirə salıb.
Noyabrın 10-da həyata keçirilməsi planlaşdırılan sistem Almaniya, Fransa və Hollandiyanın hazır olmadıqlarını bəyan etməsindən sonra yenidən təxirə salınıb.
BBC-yə danışan mənbələr Aİ-nin proqram təminatının hələ İngiltərə sərhəd sistemlərində canlı sınaqdan keçirilmədiyini bildirib. AB-nin daxili işlər komissarı Ylva Johansson yeni tarixin müəyyən edilmədiyini, lakin sistemin mərhələli şəkildə tətbiq ediləcəyini bildirib.
Bu təxirə salınma 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan sistem üçün gecikmələrdən yalnız biridir. Giriş Çıxış Sistemi (EES) adlanan bu proqram Aİ hüdudlarından kənarda yaşayan vətəndaşlara pasportlarına möhür vurmaq əvəzinə biometrik məlumatlarla qeydiyyatdan keçməyə imkan verəcək.
Sistemin məqsədi pasportların biometrik məlumatlarla rəqəmsal əlaqələndirilməsidir. Səyahətçilər öz biometrik məlumatlarını sərhəd qapılarında qeyd etmək üçün portativ cihazlardan istifadə edəcəklər. EES quru sərhədləri, hava limanları, limanlar, dəmir yolu stansiyaları, o cümlədən Eurostar xidmətləri və Aİ-nin bütün xarici sərhədlərində etibarlı olacaq.
EES-in tətbiqi gələn həftə Aİ-nin Ədliyyə və Daxili İşlər Şurasında müzakirə olunacaq. Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü bəyan edib ki, Aİ-nin müvafiq qurumu olan EU-Lisa sistemi kifayət qədər stabilləşdirə bilmədiyi üçün üç ölkə buna hazır deyil. Fransa Daxili İşlər Nazirliyi isə EES-nin düzgün hazırlanmalı olduğunu vurğulayıb.
Avropa Komissiyasının sözçüsü bu ayın əvvəlində EES kimi bir sistemin tətbiqinin mürəkkəb bir proses olduğunu deyib.
Qeyd edək ki, nəzarət sisteminin 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılmışdı, lakin proses dəfələrlə təxirə salınıb. Sisitemin istifadəyə verilməsi əvvəlcə 2023-cü ilin mayına, sonra 2023-cü ilin sonuna və nəhayət, 2024-cü ilin noyabrına təxirə salınıb.