Keniya-Somali sərhədinin açılması yenidən təxirə salındı


Keniya ötən ay Əl-Şəbab terror qruplaşmasının hücumlarından sonra Somali ilə sərhədini açmaq planından imtina edib.


Keniyanın daxili işlər naziri Kithure Kindiki sərhəd şəhərlərində baş verən terror aktları səbəbindən sərhəd qapılarının açılmasını təxirə saldıqlarını açıqlayıb.

Kindiki, iki ölkənin Mandera, Liboi, Kiunga və digər bölgələrdə sərhəd keçidinə icazə vermə planlarının olduğunu, lakin keçən ay təhlükəsizlik vəziyyətinə zərər verən hadisələrdən sonra planı dayandırdıqlarını bildirib.

İyun ayında ölkədə 10-dan çox hücumda 12 nəfər həlak olub.

İki ölkə arasındakı sərhəd məntəqələri təhlükəsizlik problemlərinə görə 2011-ci ildə bağlanıb və iyulun əvvəlində açılmasına qərar verilmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu