AB-nin yeni qaydaları böyük texnologiya şirkətlərinə şamil edilir


Avropa İttifaqının (Aİ) dünyanın ən böyük rəqəmsal platformaları üçün yeni sərt qaydaları bu gündən qüvvəyə minib.


Avqustun 25-dən etibarən Aİ-nin Rəqəmsal Xidmətlər Qanununa (DSA) əsasən, 45 milyondan çox istifadəçisi olan Avropa ölkələrində fəaliyyət göstərən əsas rəqəmsal platformalar, axtarış sistemləri və alış-veriş saytları daha sərt şəkildə tənzimlənəcək və ciddi qaydalara əməl edəcək.

Yeni qaydalar bu mərhələdə Alibaba, Amazon, Apple AppStore, Booking.com, Facebook, Google Play, Google Maps, Google Shopping, Instagram, LinkedIn, Pinterest, Snapchat, TikTok, X, Wikipedia, YouTube, Zalando, Bing və başqalarıda aid olunacaq.

Bu əsas rəqəmsal platformalar dezinformasiyanın məhdudlaşdırılması, qeyri-qanuni məzmunun sürətlə silinməsi, yetkinlik yaşına çatmayanların onlayn müdafiəsi və kənar nəzarət kimi əlavə öhdəliklərə tabe olacaq.

Qaydalara əməl etməyən rəqəmsal platformalar qlobal dövriyyənin 6 faizinə qədər cərimələnə bilər.

Qaydaları pozmağa davam edən Aİ ölkələrində rəqəmsal platformaların fəaliyyətinə xitam veriləcək.

AB Komissiyasının sədri Ursula fon der Leyen X sosial media platformasındakı paylaşımında “Avropa dəyərlərimizi rəqəmsal dünyaya daşıyırıq” ifadəsini işlədib.

Bu gündən etibarən çox böyük platformaların yeni qanunu tətbiq etməli olduğuna diqqət çəkən von der Leyen, "Şəffaflıq və məsuliyyətlə bağlı ciddi qaydaları ehtiva edən Rəqəmsal Xidmətlər Qanunumuz uşaqlarımızı, cəmiyyətlərimizi və demokratiyalarımızı qorumaq məqsədi daşıyır" - deyə qeyd edib.

Bu gündən etibarən Avropadakı rəqəmsal platforma istifadəçiləri profilləşdirməyə əsaslanan tövsiyə sistemlərindən imtina edə biləcəklər.

Etnik mənsubiyyət, siyasi fikir və ya cinsi oriyentasiya kimi istifadəçilərin müxtəlif həssas məlumatlarına əsaslanan reklamlar qadağan ediləcək. Platformalar istifadəçilərə reklamları kimin çatdırdığı barədə aydın məlumat verəcək.

Böyük rəqəmsal şirkətlər tətbiq etdikləri xidmətlərin şərtlərini fəaliyyət göstərdikləri ölkənin dilində, başa düşülən və sadə dildə təqdim edəcəklər.

Uşaqlar rəqəmsal mühitlərdə daha çox qorunacaqlar. Bu çərçivədə, platformaların yetkinlik yaşına çatmayanların təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görməsi lazım gələcək.

Uşaqlara yönəlmiş reklamlar qadağan ediləcək.

Məzmun əlavə olaraq yoxlanılacaq. Platformalarda dezinformasiyalar azalacaq. Qeyri-qanuni məzmunun yayılmasına qarşı əlavə tədbirlər görülməlidir.

Platformalar istifadəçilərə qeyri-qanuni məzmunu qeyd etməyə imkan verəcək. Qanunsuz məzmunun sürətlə aradan qaldırılması üçün mexanizmlər işə salınacaq.

Rəqəmsal şirkətlər dezinformasiyanın və onun yayılmasının qarşısını almaq üçün tədbirlər görməli olacaqlar.

Aİ platformaların yeni qaydalara uyğunluğuna ciddi nəzarət edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu