45 min manat vergi borcu olan şirkət FHN-in tenderində necə qalib seçilib?


Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki-Təchizat İdarəsi "Atlas Alliance Group" şirkəti ilə satınalma müqaviləsi bağlayacaq.

Qaynarinfo xəbər verir ki, şirkət su yolu hərəkət vasitələrinin tez-tez sıradan çıxan hissələrinin satın alınması ilə bağlı sözügedən qurumun keçirdiyi tenderin qalibi seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 208 482,4 manatdır.

"Atlas Alliance Group" MMC 1 aprel 2018-ci ildə "Azər 1982" MMC kimi qeydiyyata alınıb. 8 gün sonra isə şirkətin adı dəyişdirilib.

"Atlas Alliance Group" MMC-nin nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi isə İsmayılov Azər Rəhim oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.

Araşdırmalar zamanı məlum olub ki, "Atlas Alliance Group" MMC-nin hazırda 45 829,01 manat vergi borcu var. "Dövlət satınalmaları haqqında" qanuna görə, vergi borcu olan şirkət tenderdə iştirak edə bilməz.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu