Trampla Putin üz-üzə - VİDEO

ABŞ lideri Donald Tramp Rusiya Prezidenti Vladimir Putini Alyaskadakı Elmendorf-Riçardson hərbi bazasında qarşılayıb.
Liderlərin təkbətək görüşü uzun müddətdir gözlənilsə də, son anda Ağ Evdən verilən məlumata görə, iclasın formatı dəyişdirilib.
Belə ki, liderlər təkbətək yox, “3+3” formatında görüş keçirəcəklər.
Görüşün əsas mövzusunun Ukrayna məsələsi, o cümlədən Rusiya-ABŞ münasibətlərinin gələcək inkişaf perspektivləri olacaq.