Daha bir qazi ƏƏSMN qarşısında aksiya keçirdi - VİDEO


Vətən Müharibəsi iştirakçısı, ehtiyatda olan gizir Quliyev Kənan Camal oğlu əlilliyini ala bilməməsindən şikayətçidir.


AFN.az xəbər verir ki, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında aksiya keçirib. Bildirib ki, 1 il 7 aydır ki, yollarda alıb: "Neçə illər Silahlı Qüvvələrdə xidmət etmişəm. Məni aldığım xəsarətlərə görə sülh və müharibə dövründə orduda xidmətə yararsız kimi tərxis ediblər. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, onun müvafiq qurumları əlilliyimi vermirlər. Aylardır süründürürlər, sənədlərdə nöqtə-vergül səhvinə görə get-gələ salırlar. Nazirliyin Əlilləri Bərpa Mərkəzində baş leytenant rütbəli işçi mənə deyir ki, mən də Maştağada yatmışam, amma əlil deyiləm. Prezident Administrasiyasında, Milli Məclisdə, nazirlikdə çox adamların qəbulunda olmuşam. Dəfələrlə birinci vitse-spiker Adil Əliyevlə görüşmüşəm, onun köməkçisi ilə görüşmüşəm, amma heç kim mənə kömək etmir. Müxtəlif diaqnozlar qoyulub mənə. Əgər sağlamamsa sağlamlıq haqqında arayışımı versinlər, yenidən qayıdım orduya, müharibə başlasa, yenə döyüşüm2.

K.Quliyevin geniş açıqlaması ilə aşağıdakı videodan tanış ola bilərsiniz:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu