Əlil uşaqların valideynləri ƏƏSMN-in qarşısında aksiya keçirdilər - VİDEO

Əlil uşaqların valideynləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçiriblər.
AFN xəbər verir ki, aksiya iştirakçıları övladlarına verilən təqaüdun artırılmasını, əlil uşaqların reablitasiya mərkəzlərinin sayının çoxaldılmasını tələb ediblər. Onlar bildiriblər ki, aldıqları təqaüdlə xəstə övladlarını vaxtlı-vaxtında müalicə etdirə, reablitasiya mərkəzlərinə aparıb-gətirə bilmirlər. "Meydan" TV-nin aksiyadan hazırladığı reportajı təqdim edirik: