Sadağa-fitrə ilə dolanıram, əlilliyimi vermirlər - Vətən Müharibəsi iştirakçısı (VİDEO)


Vətən Müharibəsinin daha bir iştirakçısı əlillik ala bilməməsindən şikayətçidir.


AFN.az xəbər verir ki, Ədalət Abbasov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz edib. O, bildirib ki, başında, çiynində, qılçasında 22 dənə qəlpə var: "Əlilliyimi vermirlər. Bizi çörəklə sınağa çəkirlər. Qılçam işləmir, qəlpə sümüyümdədir, əməliyyat olunmalıyam, imkanım yoxdur. Heç kim də kömək etmir. Cənab Prezidentə də müraciət etmişəm. Aldığım yaralar ucbatından hərbi həkim komissiyasının rəyilə hərbidən tərxis olunmuşam. Amma əlilliyimi vermirlər".
Ə.Abbasov bildirib ki, Prezidentə şikayət etdiyinə görə anasını Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev işdən çıxarıb. "Sadağa-fitrə ilə dolanıram" deyən qazinin şikayəti ilə aşağıdakı videodan tanış ola bilərsiniz:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu