Lavrov Türkiyəyə gedir
Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, səfər 6-7 aprel tarixlərini əhatə edəcək.
Zaxarova qeyd edib ki, Lavrov Türkiyəyə səfəri zamanı Suriya və Ukrayna, eləcə də Qafqazdakı vəziyyəti müzakirə edəcək.