16 yaşlı yeniyetmə DƏHŞƏT SAÇDI - 1 ölü, 4 yaralı var


Türkiyədə 16 yaşlı sürücünün idarə etdiyi avtomobil idarəetmədən çıxaraq dayanmış iki avtomobilə çırpılıb.


AFN.az xəbər verir ki, sözügedən hadisə Türkiyənin Afyonkarahisar vilayətində baş verib.

Qəzada yaralanan 5 nəfər xəstəxanaya çatdırılıb. Yaralılardan biri, 17 yaşlı gənci xilas etmək mümkün olmayıb.

Qəzadan sonra ətrafdakıların xəbəri ilə bölgəyə çox sayda polis, təcili yardım və xilasetmə qruplar sövq edilib. Bölgəyə gələn xilasetmə qrupları, avtomobildə sıxışıb qalan yaralıları təcili yardım maşınları ilə şəhərin müxtəlif xəstəxanalarına aparıb.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu