Emin Əmrullayev: "Bu il sertifikasiya imtahanında müəllimlərə əlavə 30 dəqiqə vaxt veriləcək"


Bu il 35 minə yaxın müəllimin sertifikasiya imtahanına cəlb edilməsi nəzərdə tutulur.


“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, bu il ibtidai sinif üzrə yerdə qalan regionlar və ölkə üzrə Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimlərin biliyi yoxlanılacaq.

O bildirib ki, bu il oxşar qaydada aparılacaq:

"Ötən ilki imtahanları təhlil edərək qənaətə gəlmişik ki, bütün fənlər üzrə əlavə 30 dəqiqə də vaxt verilsin.

İmtahanın müddəti 2 saat 30 dəqiqə olaraq müəyyən ediləcək. Ümumilikdə 100 bal olacaq. Yeni qaydalar qüvvəyə minməsə də artıq bəzi qaydalar dəqiqdir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu