Türkiyədə partlayış! 7 nəfər ölüb

Türkiyənin Aydın bölgəsində, Altıntaş məhəlləsinin Kipr küçəsində yerləşən restoranlardan birində partlayış baş verib.
AFN.az "Habertürk"ə istinadən xəbər verir ki, Aydın valisi Hüseyn partlayışda 7 nəfərin həyatını itirdiyini bildirib. Hadisə nəticəsində 5 nəfər yaralanıb.
Aksoy Anadolu Agentliyinə bildirib ki, saat 15.30 radələrində baş verən partlayışın səbəbi ilkin ehtimallara görə borunun dəyişdirilməsi zamanı ortaya çıxan nöqsandır.
Hadisə yerində araşdırma aparılır.